Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib

14.09.2017 11:32

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə müvəqqəti olaraq Samir Ələkbərova tapşırılıb.

Bu, Məşqçilər Komitəsinin təklifinə əsasən gerçəkləşib. Yaşar Vahabzadənin istefasından sonra bu posta gətirilən Ələkbərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda komandaya rəhbərlik edəcək.

Aslan Kərimov və Cahangir Həsənzadə isə yığmaya köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, millimiz oktyabrın 6-da Almaniya ilə səfərdə, noyabrın 9-da eyni rəqiblə Bakıda üz-üzə gələcək. 5 gün sonra isə Ələkbərovun yetirmələri Kosovo ilə görüşəcək.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR