UEFA ÇL-nin qrup mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

14.09.2017 09:59

Sentyabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin birinci turuna yekun vurulub.

Turun ikinci günündə "E”, "F”, "G” və "H” qruplarında yer alan komandalar qarşılaşıblar.

"E” qrupunda İngiltərə təmsilçisi "Liverpul" doğma meydanda İspaniyanın "Sevilya" (2:2), Sloveniyanın "Maribor" klubu isə evdə "Spartak" ilə (Rusiya) heç-heçə edib (1:1).

"F” qrupunda isə "Mançester Siti” (İngiltərə) "Feyenoord"u (Hollandiya) (4:0), "Şaxtyor" (Ukrayna) isə "Napoli"ni (İtaliya) məğlub edib (2:1).

İstanbulun "Beşiktaş" klubunun yer aldığı "G” qrupunda isə Türkiyə təmsilçisi səfərdə Portuqaliyanın "Portu"nu məğlub edib - 3:1. "Monako" (Fransa) isə "Leyptsiq" komandası ilə qarşılaşdığı Almaniya səfərində bir xal əldə edib (1:1).

"H” qrupunda isə "Tottenhem" (İngiltərə) klubu "Borussiya"ya (Dortmund, Almaniya) (3:1), İspaniyanın Real Madrid komandası isə APOEL-ə (Kipr) qalib gəlib (3:0).

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR