Səhvləri aradan qaldırmalıyıq - Qurban Qurbanov

13.09.2017 09:55

"Çelsi” komandasını və baş məşqçi Antonio Konteni təbrik etmək istəyirəm. Bizim üçün çətin oyun oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi” ilə səfər qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransında deyib.

"Çelsi” komandasının olduqca gözəl oyun nümayiş etdirdiyini vurğulayan Qurban Qurbanov bildirib: "Mən əvvəlcə də demişdim ki, "Çelsi” bu turnirin favoritlərindən biridir. Oyunda çoxlu səhvlərə yol verdik. Lakin bu səhvlərimizi aradan qaldırmalıyıq. Komandamızın oyun tərzindən razıyam. Biz həmişə bu mötəbər turnirdə iştirak etmək istəmişik. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyimiz üçün çox məmnunuq”.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR