Çempionlar Liqasında qrup mərhələsi başlayır

12.09.2017 14:03

Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürəcək.

XəzərXəbər xəbər verir ki, Avropanın 32 ən güclü komandası qitənin bir nömrəli klub turnirində mübarizəyə başlayacaq.

8 qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcək. Bu gün A, B, C və D qruplarında mübarizə start götürəcək.

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sabah yalnız İngiltərədə iki oyun baş tutacaq. Bunlardan biri Azərbaycan çempionu "Qarabağ”ın iştirakı ilə keçiriləcək. Təmsilçimiz debütdə "Çelsi” ilə üz-üzə gələcək. Eyni vaxtda "Mançester Yunayted” "Bazel”i sınağa çəkəcək.

"Qarabağ”ın yer aldığı C qrupunun digər matçında "Atletiko” ilə "Roma” görüşəcək.

Günün mərkəzi oyunu isə D qrupunda keçiriləcək. "Barselona” və "Yuventus” nəhənglərin savaşında münasibətlərini aydınlaşdıracaq. Əslində, bu cütü turun matçı da hesab etmək olar.

Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur

12 sentyabr

A qrupu

22:45. "Benfika” (Portuqaliya) – MOİK (Rusiya)

22:45. "Mançester Yunayted” (İngiltərə) – "Bazel” (İsveçrə)

B qrupu

22:45. "Bavariya” (Almaniya) - "Anderlext” (Belçika)

22:45. "Seltik” (Şotlandiya) – PSJ (Fransa)

C qrupu

22:45. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan)

22:45. "Roma” (İtaliya) – "Atletiko” (İspaniya)

D qrupu

22:45. "Barselona” (İspaniya) – "Yuventus” (İtaliya)

22:45. "Olimpiakos” (Yunanıstan) – "Sportinq” (Portuqaliya)

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR