“Fənərbaxça” Volkan Dəmirəllə bağlı qərarını verdi

11.09.2017 17:20

Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça” qapıçısı Volkan Dəmirəllə bağlı qərarını verib.


"Sarı-lacivərdlilər” bu mövsüm uğursuz çıxış edən təcrübəli qolkiper ilə yollarını ayırmaq qərarına gəlib.


36 yaşlı "çərçivə qoruyucusu” mövsümün sonunda komandadan göndəriləcək.


Qeyd edək ki, "Fənərbaxça” yayda Dəmirəllə 1+1 il prinsipi ilə müqavilə imzalayıb.


Xatırladaq ki, türkiyəli qapıçı keçən mövsüm 42 matçda iştirak edib.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR