Qərar verdi: "Barselona" La Liqadan qovulur

11.09.2017 14:20

Oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçiriləcək. Refendumunda bölgənin müstəqilliyinə qərar verilsə, "Barselona" və "Espanyol" La Liqadan çıxarılacaq.

Bu barədə açıqlama verən İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas "Kataloniya 1 oktyabr referendumu nəticəsində müstəqilliyini elan edərsə, La Liqada oynaya bilməz" deyib.

Bəs vəziyyət belə olarsa, "Barselona" hansı liqada oynayacaq. Kataloniyada keçirilən sorğuda yerli əhali öz liqalarında oynamağın tərəfdarı olduqlarını bildiriblər. "Ec Chiringuito TV"nin keçirdiyi sorğuda kataloniyalılara "Barselona" hansı liqada oynamalıdı?" skalı verilib. Variant olaraq da Kataloniya Liqası, La Liqa və Fransa Liqa 1-i təqdim olunub. Sorğu iştirakçılarının 51 faizi Kataloniya Liqasını seçib.

Kataloniyalılar öz liqalarını quracaqları halda, bu çempionatın önəmli klubları "Barselona" və "Espanyol" olacaq. İki klubdan başqa daha 18 komandanın liqada yer alması gözlənilir:

1. Barselona

2. Espanyol

3. Serdanyola

4- Hospitalet

5. Manlleu

6. Kornella

7- Jimnastik

8- Terrasa

9. Lleyda Esportiu

10. Olot

11. Reus

12. Sant Andreu

13. Badalona

14. Sabadell

15. Fiqueres

16. Llaqostera

17. Palamos

18. Girona

19- Peralada

20. Vilafransiya


Kataloniya müstəqilliyini elan etsə, milli komandada formalaşacaq. Milli komandanın ehtimal edilən ilk "11-liy"i belə olacaq:


Jordi Masip

Aleyks Vidal

Cerard Pike

Mark Bartra

Jordi Alba

Serxio Boskets

Xavi Pernandes

Serj Roberto

Cerard Deulofeu

Kesk Fabreqas

Conatan Soriano

fanat.az

© xezerxeber.az


2436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR