Antonio Konte: “Qarabağ"ı düşünürük

11.09.2017 13:36

"Lester” üzərindəki qələbəni unutmuşuq. İndi bizi "Qarabağ”la oyun gözləyir”. Bu sözləri "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

London təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”ı qəbul edəcək.

İngiltərə mətbuatına açıqlama verən Konte bu oyuna da toxunub. O, indiki məqamda yalnız Azərbaycan çempionu ilə matçı fikirləşdiyini bildirib: "Hazırda məni düşündürən "Qarabağ”la oyundu. Bu görüşə hazırlaşırıq”.

İtaliyalı çalışdırıcı "Lester”lə qarşılaşmada qol vuran Nqolo Kanteni tərifləyib. O, Çempionlar Liqasında da fransalı yarımmüdafiəçiyə böyük ümid bəslədiyini bildirib: "Kante bizim üçün çox vacib oyunçudu. Top rəqibdə olanda Nqolo olduqca güclüdü. Getdikcə topla oyununu da yaxşılaşdırır. Hər bir futbolçu karyerasının sonuna qədər "artıra” bilər. Sadəcə, işə məsuliyyətlə yanaşmaq lazımdı”.

Qeyd edək ki, "Çelsi” – "Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək. (apasport.az)

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR