"Real" onu TRANSFER edir

11.09.2017 13:20

"Real"ın qışda heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib. "Kral Klubu"nun "Leypsiq"dən Timo Verneri heyətinə qatmaq istədiyi bildirilir.

Məlumatda bildirilir ki, "Real"ın təmsilçiləri "DÇ-2018"in seçmə mərhələsində keçirilən Almaniya - Norveç matçını canlı izləyərək 21 yaşlı mərkəz hücumçusu haqqında daha ətraflı məlumat toplayıb. "Real"ın qış fasiləsində futbolçu üçün "Leypsiq"ə rəsmi təklif göndərəcəyi deyilir.

"Leypsiq" Timo Verneri 2016-cı ildə "Ştutqart"dan 10 milyon avroya alıb. "Real"ın onun üçün Almaniya klubuna 25 milyon avro təklif edəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm "Leypsiq"in heyətində 33 rəsm oyuna çıxan 21 yaşlı futbolçu 22 qol vurub. Cari mövsümdə isə Bundesliqada 3 oyunda 3 dəfə fərqlənib.

© xezerxeber.az


347 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR