"Çelsi" - "Qarabağ" matçının hakimləri açıqlandı

10.09.2017 15:27

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Çelsi” – "Qarabağ” matçının hakimləri bəlli olub.

Londonda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Anastasios Sidiropulos, yan xətt hakimləri isə Polixronis Kostaras, Lazaros Dimitriadisıdır.

Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim isə Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, "Çelsi” – "Qarabağ” matçı sentyabrın 12-də keçiriləcək.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR