"Barselona"nın baş məşqçisindən Arda açıqlaması

10.09.2017 13:47

"Barselona"nın baş məşqçisi Ernesto Valverde Arda Turanla bağlı danışıb. Mütəxəssis uzun müddətdi forma şansı vermədiyi türk futbolçu barədə önəmli açıqlamalar verib.

"Arda ilə danışmamışam. Milli komandadan gələndə əzələ zədəsi var idi. Onu da komandanın digər oyunçuları kimi görürəm. Hər şey özünün çalışmasına bağlıdı. Mən Ardanın bir gün oynayıb 3 qol vurmasını istəyirəm" deyə Valverde bildirib.

Baş məşqçi türk futbolçudan çox şey gözlədiyini bildirib: "Arda komandamızın bir oyunçusudu. Ondan ala biləcəyimizin maksimumunu almaq istəyir. Baş məşqçi olaraq Ardadan gözləntim daha əzmlə çalışmasıdı. Onun da bunu etməsi vacibdi"./fanat.az

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR