Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları - SİYAHI

10.09.2017 13:07

Azərbaycan çempionatında çıxış edən ən bahalı futbolçuların siyahısı müəyyənləşib. Fanat.Az-ın "Transfermarkt" qiymətləndirməsinə əsasən apardığı araşdırmaya görə, Premyer Liqanın ən bahalı futbolçusu Pedro Henrikedi.

"Qarabağ"ın Yunanıstanın PAOK klubundan icarəyə götürdüyü yarımmüdafiəçiyə 3 milyon avro qiymət qoyulub. O, bu dəyərlə ən yaxın izləyicini iki dəfə qabaqlayır.

Siyahının 2-3-cü pilləsində də "Qarabağ"lı futbolçular yer alıb. Ağdam klubunun "Olimpiakos"dan gətirdiyi Norveç millisinin üzvü Tarik Elyunusi və millimizin üzvü Riçard Almeydanın dəyəri 1,5 milyon avrodu.

Ümumiyyətlə siyahıda "Qarabağ"la "Qəbələ"nin futbolçuları hegemonluq edir. 18 ən bahalı futbolçu arasına yalnız "Neftçi"dən bir oyunçu düşüb.

Pedro Henrike (Qarabağ) - 3.000.000

Tarik Elyunussi (Qarabağ) - 1.500.000

Riçard Almeyda (Qarabağ) - 1.500.000

Anton Kanibolotski (Qarabağ) - 1.000.000

Dani Kintana (Qarabağ) - 1.000.000

Migel Madera (Qarabağ) - 900.000

Vitali Vernidub (Qəbələ) - 900.000

İbrahim Şehiç (Qarabağ) - 800.000

Vild-Donald Qerye (Qarabağ) - 800.000

Filip Ozobiç (Qəbələ) - 800.000

Hüqo Barqas (Neftçi) - 800.000

Yakub Rejniçak (Qarabağ) - 700.000

Bədavi Hüseynov (Qarabağ) - 700.000

Dino Ndlovu (Qarabağ) - 700.000

Voislav Stankoviç (Qəbələ) - 700.000

Deyv Bultuis (Qəbələ) - 700.000

Dion Malone (Qəbələ) - 700.000

Stiven Jozef-Monroz (Qəbələ) - 700.000

© xezerxeber.az


398 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR