Məsud Özil Barselonaya transfer olunmaq istəyir

13.08.2017 16:18

İngiltərənin "Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özil gələn mövsüm komandadan ayrılmaq niyyətindədir.

28 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunda İspaniyanın Barselona klubuna transfer olunmaq istəyir. Futbolçunun hazırkı komandası ilə müqaviləsinin gələn il bitəcəyi və onun yeni sözləşməni qəbul etmədiyi bildirilir. Arda Turanla yollarını ayırmağa yaxın olan katalonların bu transfer istəyini müsbət qarşıladığı qeyd edilib.

Xatırladaq ki, M.Özil 2013-cü ildə İspaniyanın "Real Madrid” komandasından "Arsenal”a transfer olunub.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR