"Qalatasaray" növbəti transferini açıqladı

13.08.2017 11:49

"Qalatasaray" növbəti transfer açıqlaması yayıb. İstanbul klubu Sofiane Fequli ilə transfer danışıqlarının başladığını elan edib.

"Peşəkar oyunçu Sofiane Fequlinin klubumuza transferi ilə bağlı futbolçu və klubu "Vest Hem"lə rəsmi danışıqlar başlayıb" deyə açıqlamada bildirilir.

Türk klubları bu tip açıqlamaları transfer bitiəndən sonra yayır. Bu səbəbdən transferin yaxın vaxtda elan olunması gözlənilir.

Sabah Bakı vaxtı ilə sat 17.00-da İstanbula gələcəyi deyilən Fequlinin tibbi müayinədən sonra müqavilə imzalayacağı deyilir.

Bu arada futbolçu özü sosial media hesabından "Sabaha İstanbuldayam inşallah" mesajını paylaşıb.

Qeyd edək ki, Fequli "Vest Hem"ə 2016-cı ildə "Valensiya"dan transfer olunub. Hazırda "Transfermarkt" 27 yaşlı yarrımüdafiəçiyə 12 milyon avro qiymət qoyub.

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR