İbrahimoviç seçim qarşısında: "Milan" da onu istəyir

11.08.2017 13:47

Heyətinə xeyli sayda yeni futbolçu qatan "Milan” bununla kifayətlənmək fikrində deyil.

Apasport.az saytı "The Telegraph” nəşrinə istinadən xəbər verir ki, "rossonyerlər”in növbəti hədəfi Zlatan İbrahimoviçdi.

35 yaşlı forvardla danışıqlara start verilib. Hazırda zədəsini sağaltmaqla məşğul olan isveçli futbolçunun hansı qərar verəcəyi maraqla gözlənilir. İbrahimoviçin son komandası "Mançester Yunayted”ə qayıtmaq variantı da var.

Qeyd edək ki, "Milan” da ulduz hücumçu üçün yad komanda deyil. İbrahimoviç 2010-2012-ci illər ərzində "qırmızı-qaralar”ın formasını geyinib.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR