Arda Turan: "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı"

11.08.2017 13:20

"Barselona" klubunun ulduz futbolçusu Arda Turan azərbaycanlı idmançı Ramil Quliyevi Dünya Çempionu olması münasibətilə təbrik edib.

Arda Turan sosial şəbəkə hesabında "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" yazıb".

O, Ramil Quliyevin şəklini paylaşaraq idmançının rəsmi səhifəsini qeyd edib.

Türkiyəni təmsil edən azərbaycanlı idmançının Londonda keçirilən Dünya Çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal alması mühüm hadisələrdən biri hesab olunur. Belə ki, çox nadir hallarda ağ adam 200 metr məsafəyə qaçışda uğur qazanır.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR