Arda Turan milliyə qayıdır

11.08.2017 12:21

Türkiyəli futbolçu Arda Turan milli komandaya geri döndüyünü açıqlayıb.

Futbolçu qərarını sosial şəbəkədə elan edib.

6 iyunda milli karyerasını bitirdiyini açıqlayan 30 yaşlı futbolçu, qərarının dəyişməsində yeni baş məşqçi Mirçea Luçeskunun rolu olduğunu bildirib.

A.Turan yenidən şans veriləcəyi təqdirdə yenidən milli komandanın formasını geyinməkdən qürur hissi keçirəcəyini vurğulayıb.

Xatırladaq ki, Arda Turan jurnalist Bilal Meşeyə hücum etdiyi üçün heyətdən uzaqlaşdırılmış, ardınca isə futbolçu milli karyerasını bitirdiyini açıqlamışdı.

2 gün öncə isə Luçesku Turanla görüşərək onun milli komandaya qayıtmasını istəmişdi. Bir neçə saat öncə isə Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Dəmirörən də mətbuat konfransında "Arda Turana qapımız açıqdır” açıqlamasını vermişdi.

Publika.az

© xezerxeber.az


53 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR