"Qarabağ" İtaliya klubundan futbolçu alır? - agentindən AÇIQLAMA

10.08.2017 16:09

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən KarluşEmbalu ilə maraqlanır. Bu barədə məlumatı "mediagol"a açıqlamasında futbolçunun agenti Cüzeppe Akkardi verib. Agentin sözlərinə görə,22 yaşlı futbolçunun xidmətində "Peskara" və "Qarabağ" maraqlıdır:

"Embalunun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano" da. Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq".

Qeyd edək ki, qvineya bissaulu cinah yarımmüdafiəçisi 2014-cü ildən "Palermo"da çıxış edir. O, "Karpi", "Leççe" və "Breşia" kimi klublarda icarə əsasında oynayıb.

© xezerxeber.az


337 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR