"Liverpul" "Barselona"nın təklifini rədd etdi

10.08.2017 12:15

"Barselona" PSJ-yə 222 milyon avro qarşılığında transfer olan Neymarın boşluğunu dldurmaq üçün axtarışlarını davam etdirir.

Kataloniya təmsilçisi hədəfə "Liverpul"un braziliyalı futbolçusu Filipe Koutinyonu alıb. Lakin "qırmızılar" ulduz oyunçusunu əldən buraxmaq niyyətində deyil. "Sky Sports"da yer alan məlumata görə, "Liverpul" "Barselona"nın 100 milyon avroluq təklifinə müsbət cavab verməyib.

"Barselona" Koutinyo ilə yanaşı, "Borussiya"dan Usman Dembele ilə də maraqlanır.

Xatırladaq ki, Koutinyo ötən mövsüm "Liverpul"la 2022-ci ilə kimi müqavilə imzalayıb.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR