Rauf təsdiqlədi - Albaniyaya gedir

09.08.2017 16:28

"İnter"in hücumçusu Rauf Əliyev Albaniya çempionu "Kukesi" klubuna keçəcəyi haqda xəbəri təsdiqləyib.

XəzərXəbər bildirir ki, bu barədə qol.az-a açıqlama verən millimizin üzvü avqustun 11-də Albaniyaya gedəcəyini deyib.

"Hələ ki, danışıqlar gedir. Ona görə də dəqiq bir söz deyə bilmirəm. Albaniyaya getdikdən sonra hər şey bəlli olacaq" - o bildirib.

Qeyd edək ki, R.Əliyevin "İnter"lə gələn ilin yayına qədər müqaviləsi var.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR