TFF Türkiyə Kubokunun reqlamentini dəyişdi

09.08.2017 15:37

Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunun reqlamentində dəyişiklik edib.

Ölkənin ali futbol qurumu sözügedən turnirdə tətbiq olunan qrup mərhələsinin oyunlarını ləğv edib. Bundan sonra Türkiyə Kubokunda bütün oyunlar pley-off sistemi ilə keçiriləcək.

Qərara görə, ilk 4 təsnifat mərhələsində komandalar qalibi tək oyunla müəyyənləşdirəcəklər. 5-ci təsnifat mərhələsindən etibarən, 1/8, 1/4, yarımfinal və final oyunları isə ev-səfər prinsipi ilə keçiriləcək.

Xatırladaq ki, əvvəlki illərdə Türkiyə Kubokunda həm pley-off, həm də qrup oyunlarından istifadə olunurd. Belə ki, ilk 4 təsnifat mərhələsindən qalib ayrılmış kollektivlər qrup mərhələsində mübarizə aparmaq hüququ qazanırdılar. Qrup mərhələsindən qalib ayrılan 16 kollektiv 1/8 finalda üz-üzə gəlirdi və finala qədər pley-off görüşlərindən istifadə olunurdu. Bu sistemdən 2014-cü ildən istifadə olunurdu.

© xezerxeber.az


59 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR