Zlatan İbrahimoviçin oynayacağı klub açıqlandı

09.08.2017 13:27

Zlatan İbrahimoviç "Mançester Yunayted"ə geri dönə bilər.

Bu barədə Joze Mourinyo "Mediaset Premium"da canlı yayım zamanı deyib.

Portuqaliyalı mütəxəssis "İbrahimoviçin "Mançester Yunayted"ə qayıtması çox yaxındı", deyə bildirib.

Qeyd edək ki, 35 yaşlı hücumçunun İngiltərə klubu ilə müqaviləsi bu ilin yayında başa çatmışdı. Rəhbərlik müqaviləni artırmaq istəsə də, İbra zədə səbəbindən anlaşmadan imtina etmişdi.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR