"Yuventus"un futbolçusu Premyer Liqa klubuna transfer oldu

09.08.2017 12:28

İngiltərənin "Sauthempton" klubu növbəti transferini rəsmiləşdirib.

Premyer Liqa təmsilçisi qabonlu futbolçu Mario Leminanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, qabonlu futbolçu geridə qalan mövsümdə "Yuventus"da 29 oyuna çıxıb, 1 qol vurub.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR