Prezident təlaşa ehtiyac görmür: "Ronaldo burda oynayacaq!"

19.06.2017 18:01

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Kriştiano Ronaldonun "Mançester Yunayted”ə qayıdacağıyla bağlı yayılan informasiyaları şərh edib. O, belə deyib:

"Onun gedişi La Liqa üçün böyük itki olar. İspaniya elitasında həmişə böyük futbolçular top qovub. Bu, nüfuz məsələsidi. Messi və Ronaldo kimi superulduzları La Liqada saxlamaq üçün əlimizdən gələni etməliyik. Bir başqan olaraq "Real”a və Ronaldoya inanıram. Hamını təmkinli olmağa səsləyirəm. Təlaşa ehtiyac yoxdu. Sadəcə, bir qədər gözləməliyik. Əminəm ki, Kriştiano hələ uzun illər burda oynayacaq”.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR