Xəzər Xəbər

Müsəlman alimlər dollardan imtinaya çağırır

İqtisadiyyat | 12:30 • 19 Oktyabr 2018
Müsəlman alimlər dollardan imtinaya çağırır

Müsəlman Alimlərinin Ümumdünya Asossiasiyasının Baş katibi Ali Karadai dollar asılılığından imtina etmək və yeni Valyuta İttifaqı yaratmağı təklif edib. Bu barədə Hürriyət xəbər verib.

Baş katibin sözlərinə görə bu, Vaşinqtonun hazırda göstərdiyi təzyiqləri azalda bilər.

Karadai bildirib ki, artıq yeni ittifaq çərçivəsində BVF-nun analoqu olan Rezerv Fond yaratmaq olar. Karadainin sözlərinə görə, bu, Rusiya, İran, Çin və Türkiyəyə öz maliyyə tələbatlarını tam ödəməyə və öz iqtisadiyyatını inkişaf etdirməyə imkan verəcək.

«Bu ölkələr Valyuta İttifaqına daxil olsalar, fondun iqtisadi dəyəri onların milli fondlarının stabilliyini təmin edəcək. O zaman nə dollara, nə də dollar təzyiqindən qurtulmaq üçün tədbirlərə ehtiyac olmayacaq», - deyə o, vurğulayıb./faktxəbər

Xəbər lenti