Xəzər Xəbər

Neftin qiyməti 100 dollara qalxacaq

İqtisadiyyat | 15:11 • 24 Sentyabr 2018
Neftin qiyməti 100 dollara qalxacaq
2018-ci ilin sonunadək dünya bazarında neftin 1 barrelinin qiyməti 100 dollaradək qalxacaq.


Bu barədə Sinqapurda keçirilən Asiya-Sakit okeanı Neft Konfransında enerji və əmtəə ticarəti üzrə nüfuzlu "Trafigura” və "Mercuria” şirkətləri proqnoz veriblər.


Şirkətlərin hesablamalarına əsasən, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi enerji sanksiyaları qüvvəyə mindikdən sonra demək olar ki, gündəlik 2 milyon barrel xam neft dünya bazarından çıxarılacaq. Bazarda bu qədər neft itkisini əvəzləyəcək adekvat təchizatçı olmadığından, İran ətrafında baş verənlər qiymətlərə təsir edəcək. Bu da nəticədə ilin sonu, yaxud 2019-cu ilin əvvəlindən başlayaraq neft qiymətlərinin 100 dollara çatmasına səbəb olacaq.

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək. /azvision.az

Xəbər lenti