Xəzər Xəbər

Azərbaycanla Moldova tranzit keçid üçün “İcazə”ləri artıracaq

İqtisadiyyat | 16:35 • 18 Sentyabr 2018
Azərbaycanla Moldova tranzit keçid üçün “İcazə”ləri artıracaq

Azərbaycan və Moldova 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"ləri artıracaq.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, Kişineuda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Moldova Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib.


Y.Koçkovski Moldovada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda, nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.


H.Həsənov isə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.


Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə tərəflər razılığa gəlib.


Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti