Xəzər Xəbər

Gələn il daha 700 sərnişin avtobusu “BakıKart” sisteminə keçəcək

İqtisadiyyat | 16:38 • 13 Dekabr 2017
Gələn il daha 700 sərnişin avtobusu “BakıKart” sisteminə keçəcək

Gələn il Bakıda daha 700 sərnişin avtobusu "BakıKart” sisteminə keçəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, 2018-ci ildə Bakıda fəaliyyət göstərən avtobusların 50 faizi kart sistemi ilə işləyəcək. Bununla da sərnişin və sürücülərin rahatlığı daha da təmin olunacaq. Hazırda 19 marşrut xətti üzrə 478 avtobus kart sisteminə keçib. (AZƏRTAC)

Xəbər lenti