Türkiyənin tanınmış televiziya kanallarından olan "Show TV”-də qiyamətin qopacağını iddia edərək işdən çıxan müəllim ilk dəfə danışıb.
XəzərXəbər moderator.az-a istinadən xəbər verir ki, bu gün yəni, 11 noyabr 2018-ci il bazar gecəsi qiyamətin qopacağını iddia edən Əmrə Nur "Kitabın sonuna gəlmişik cəhənnəmə axın başlayacaq” deyib.
Riyaziyyat müəllimliyi edən Əmrə Nur "12 noyabrda gedəcək bir işiniz olmayacaq. Mənə inanın” deyərək öz istəyi ilə işdən çıxıb və evində oturaraq proqnoz etdiyi saatı gözləyir.