Xəzər Xəbər

Kayseridə Xocalı parkı və abidəsi açıldı VİDEO

Veb TV | 20:55 • 20 Oktyabr 2018
Kayseridə Xocalı parkı və abidəsi açıldı

Bu gün Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədişləşdirən park və abidənin açılışı olub. Azərbaycan və Türkiyədən olan rəsmilər və millət vəkilləri ilə yanaşı tədbirdə Rusiyadan olan deputatlar da iştirak edib. Kayseridə Azərbaycan Türkiyə münasibətlərinə həsr olunmuş daha iki tədbir, habelə Ulu Öndər Heydər Əliyevin adını daşıyan tələbə yataqxanasının da açılışı olub.

Türkiyənin Kayseri şəhərində Azərbaycanla bağlı olan silsilə tədbirlərə Erciyes Universitetində keçirilən konfransla start verilib. Avrasiyada sülh və dialoq mövzusuna həsr olunmuş tədbirdə əsas müzakirə mövzusu Türkiyə Azərbaycan və Rusiya münasibətləri üç dövlətin yaratdığı əməkdaşlıq və dialoq platforması olub.

Tədbirdə çıxış edən prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətinin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib. Azərbaycan Cənubi Qafqazda regional rifah, barış və tərəfdaşlıq siyasəti yürüdür. Dövlətlər özlərinə rəva görmədikləri davranışları digər dövlətlərə qarşı etməməlidir.

 Daha sonra Türkiyənin Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı faciəsini əks etdirən abidənin və Xocalı parkının açılış mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan və Türkiyədən olan dövlət rəsmiləri və millət vəkilləri ilə yanaşı, Rusiya Dövlət Dumasının üzvləri iştirak ediblər. Türkiyəli və rusiyalı deputatlar çıxış edərək Xocalı soyqırımını yaxın tariximizn ən böyük facilərindən biri adlandırıblar. Çıxış edən prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu hadisəyə verdikləri real qiymətə görə digər çıxışçılara minnətdarlığını bildirib.

Əli Həsənov faciəni törədənlərin hələ də azadlıqda gəzməsi və aktiv siyasətlə məşğul olmasının böyük ədalətsizlik olduğunu dilə gətirib.

Bu gün həm də Kayseridə Abdulah Gül Universitetinə məxsus təhsil kompleksində ümummilli lider Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olub. Açılış mərasimində iştirak edən Türkiyənin 11-ci prezidenti Abdullah Gül Heydər Əliyevin nəyinki Azərbaycanın bütün türk dünyasının tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu deyib.

Sonda Azərbaycandan Türkiyədən və Rusiayadan olan qonaqlar yataqxanada yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti