Xəzər Xəbər

Karlovun qətli ilə bağlı yeni faktlar üzə çıxdı: 5 daraq, 100 güllə, 1 kilo paxlava...

Dünya | 11:48 • 20 Oktyabr 2018
Karlovun qətli ilə bağlı yeni faktlar üzə çıxdı:
Andrey Karlov cinayəti ilə bağlı yeni fakt aşkarlanıb.

Rusiyanın Türkiyədəki səfiri olmuş Andrey Karlovun qatili Mövlud Mərd Altıntaş hadisə yerinə 5 ədəd silah darağı və 100 güllə ilə gedib.

Bu barədə onun alver etdiyi dükanın sahibi E.Y. adlı şəxs məlumat verib.

Onun əvvəlcədən üç darağı olduğu halda, ikisini də aldığı bilinib.

Daha sonra M.M.Altıntaş bir kilo paxlava da alıb. Mənbəyə görə, o, bunu enerji toplamaq və həyəcanını azaltmaq üçün edib.



Altıntaşın silah darağı aldığı dükanın sahibi onun qiymət söhbət etmədən bahalı olanı seçdiyini də bildirib. O, iki daraqla yanaşı, bir ədəd də daraq qabı alaraq, 305 türk lirəsi pul ödəyib.

Bu barədə görüntü də yayımlanıb.AzNews.az

Xəbər lenti