Xəzər Xəbər

“Allah yoxdur, kainatı…” – Hokinqin dünyanı silkələyəcək iddiaları üzə çıxdı

Dünya | 15:05 • 18 Oktyabr 2018
“Allah yoxdur, kainatı…”
Məşhur ingilis fizika nəzəriyyəçisi Stiven Hokinqlə bağlı ilginc məlumatlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, CNN telekanalında yayımlanan sənədli filmdə mərhum fizikaçının ateist olduğu iddia edilib.

Proqramda Stiven Hokinqin ("Böyük suallara qısa cavablar”) yazdığı sonuncu kitaba istinad edilib.

Telekanal iddia edir ki, Hokinq kitabı Allahın olmadığını sübut etməyə həsr edib.

Elm adamları da dəfələrlə onun ateist olduğunu bildiriblər. Hokinqə görə, dünyada olan hər şey fiziki qanunlarla izah edilir.

O, kitabda "Allah yoxdur, heç kəs kainatı idarə edə bilməz” deyə yazır.

Telekanala görə, insanlar qarşıdakı 100 il ərzində Günəş sisteminin hansısa nöqtəsinə gedə biləcəklər.

Xəbər lenti