Xəzər Xəbər

Bakının mərkəzində yol çökdü - FOTO

İqtisadiyyat | 14:56 • 17 Oktyabr 2018
Bakının mərkəzində yol çökdü -

Bakıda yolda çökmə hadisəsi baş verib.


Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.


Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib:


"Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".

Xəbər lenti