Xəzər Xəbər

249 nəfərin ölüm anı canlandırıldı – VİDEO

Veb TV | 15:01 • 25 Sentyabr 2018
249 nəfərin ölüm anı canlandırıldı –

Amerikanın "National Geographic” telekanalı 2014-cü ilin martında Hind okeanının üzərində səmaya itən "Malaziya Hava Yolları”na məxsus "Boinq” təyyarəsinin uçuşunu yenidən yaradıb.

Sənədli filmdə danışan ekspertlərin sözlərinə görə, yanacağın yoxluğu faciənin ən ehtimal edilən səbəbidir.

Təyyarə altı saat ərzində Hind okeanının üzərində yanlış istiqamətdə uçub. Hava gəmisi əslində Kuala-Lumpurdan Pekinə uçmalı idi.

Mütəxəssislərin sözlərinə görə, 249 sərnişin və ekipajın üzvü okeana düşdüyü anda güclü zərbə nəticəsində ölüblər. Təyyarənin qalıqları Hind okeanında Reyunon adasında aşkar edilmişdi. Qırıntılar daha sonralar Mavriki və Mozambik sahillərində tapılmışdı. (Publika.az)

Xəbər lenti