Xəzər Xəbər

DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı VİDEO

Veb TV | 12:59 • 21 Sentyabr 2018
DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı
Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonu ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.


XəzərXəbər DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.


Xətai RPİ tərəfindən araşdırma aparılır.


Xəbər lenti