Xəzər Xəbər

Bakıda güclü yanğın QORXULU GÖRÜNTÜLƏR - VİDEO

Veb TV | 12:55 • 21 Sentyabr 2018
Bakıda güclü yanğın

Paytaxtda güclü yanğın baş verib.

Hadisə Xətai rayonu Süleyman Əhmədov küçəsində yaşanıb. Təxminən 12 radələrində ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən kafedə güclü yanğın başlayıb.

Yanğın kafenin dam örtüyündə başlayıb. Dam örtüyünün yanar materialdan olması və külək yanğını qısa zamanda geniş əraziyə yayıb.

Belə ki, kafenin dam örtüyü ilə yanaşı kafenin bütün otaqları da tamamilə yanıb. Kafenin divarlarının quru taxtadan ibarət olması yanğının qısa müddətdə bütün kafeni əhatə etməsinə səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəliblər. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilir.

Xəbər lenti