Xəzər Xəbər

Yağış yağacaq, leysan olacaq

Cəmiyyət | 09:22 • 19 Sentyabr 2018
Yağış yağacaq, leysan olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti