Xəzər Xəbər

15 GÜNLÜK EVLİLİK: Kartof-soğan üstündə boşandılar

Hadisə | 13:21 • 18 Sentyabr 2018
15 GÜNLÜK EVLİLİK:

15 günlük evli olan cütlüyün ailəsi 1 kilo kartof-soğan üstündə bitdi.

Türkiyə mediası xəbər verir ki, hadisə İstanbulda baş verib. Adət-ənənəyə görə cütlüklərin ailəsi bir-birinin evinə qonaq gedib. Qızın atası kiçik ticarətlə məşğul olduğuna görə, oğlan evinə gedərkən pay olaraq kartof, soğan, düyü və s. aparıb. Bu, oğlan evinin xoşuna gəlməyib və cütlük məhkəməyə müraciət edib.

İddiaya görə, oğlan evi qız evini təhqir edərək "bu günə qədər bizə siz baxmısız? Bu nədir, bizim bunlara ehtiyacımız yoxdur" - , deyərək gətirilən payı qapının önünə atıb.

Həyat yoldaşı qapının kilidini dəyişdirərək, qadının öz evi ilə əlaqəsini kəsməyə çalışıb. Şikayət ərizəsi ilə məhkəməyə müraciət edən qadın təzminat istəyib. Məhkəməyə ərinin boş səbəblərdən narahatlıq yaratdığını, qəzəbini idarə edə bilmədiyini, özünə qarşı zorakılıq tətbiq etdiyini deyən qadın həyat yoldaşından 4 135 AZN təzminat tələb edib.

Təxminən 4 il davam edən mübahisəli məhkəmə nəticə etibarilə cütlüyün boşanmasını təsdiqləyib. Digər tərəfdən də məhkəmə oğlan evinin qız evinə 5 min lirə maddi, 10 min lirə mənəvi olmaqla, ümumilikdə 15 min lirə (4 135 AZN) təzminat ödəməsinə hökm verib./publika.az

Xəbər lenti