Xəzər Xəbər

Göygöldə DƏHŞƏTLİ OLAY: 17 yaşlı oğlan atasını öldürdü

Hadisə | 11:24 • 16 Sentyabr 2018
Göygöldə DƏHŞƏTLİ OLAY:

Göygöl rayonunda qətl hadisəsi baş verib.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Yeni Qızılca kəndində Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Quliyev atası Ramil Quliyev ilə mübahisə edib.

Ata və oğul arasında başlayan mübahisə sonradan qanlı olayla nəticələnib.

Belə ki, Eşqin Quliyev əvvəlcə evdə atasına bıçaqla xəsarət yetirib.

Daha sonra ata və oğul əlbəyaxa olub.

Əlbəyaxa olan ata və oğul yaşadıqları evin həyətinə çıxıblar.

Bu zaman Eşqin Quliyev həyətdə odun doğramaq üçün qoyulan balatını götürərək, atasına bir neçə xəsarət yetirib.

Aldığı xəsarətlərdən Ramil Quliyev hadisə yerində ölüb.

Cinayəti törədən Eşqin Quliyev polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

İstintaqa ifadə verən Eşqin Quliyev törətdiyi əməli etiraf edib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



***

Daşkəsən sakini qətlə yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayonunun Yeni Qızılca qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan Daşkəsən rayon sakini, 17 yaşlı Ramin adlı şəxs (soyadı dəqiqləşdirilir - red) münaqişə zəminində atasını qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti