Türkiyənin Uşak rayonunda polisin H.Ç. adlı sahibkara məxsus gecə klubuna basqın zamanı 6 aydır polis tərəfindən axtarılan 17 yaşlı qız tapılıb.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, uşaq evindən qaçan 17 yaşlı qız kazinoda konsomatris kimi çalışırmış.
F.Ç. adlı qız sığınacağa verilib.
Məkanın səlahiyyətli şəxsləri istintaqa cəlb edilib. Barələrində cinayət işi açılıb.