Xəzər Xəbər

Azərbaycan da internetsiz qalacaq? RƏSMİ

Texnologiya | 14:05 • 10 Sentyabr 2018
Azərbaycan da internetsiz qalacaq?

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prossesin adi istifadəçilərə cuzi təsiri ola bilər.

Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda, sistem "server failure" və ya "SERVFAIL” səhvini göstərə bilər.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərin hazırsızlıq olması bu prosesi təxirə salmışdı. Artıq, dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prossesə hazırdır.

Xəbər lenti