Xəzər Xəbər

16 yaşlı şagird direktoru kabinetində öldürdü Dəhşətli qətlin videosu

Veb TV | 13:03 • 27 Avqust 2018
16 yaşlı şagird direktoru kabinetində öldürdü

İzmirin Ödemiş qəsəbəsində 47 yaşlı məktəb direktoru Ayhan Kökmenin 16 yaşlı şagird İ.P. tərəfindən tüfənglə vurularaq öldürüldüyü anın görüntüləri ortaya çıxıb.

 

XəzərXəbər Milli.Az-a istinadən xəbər verir ki, Ayhan Kökmen 2017-ci ilin 15 dekabr tarixində 3 ildir çalışdığı məktəbdə şagirdi İ.P.-nin silahlı hücumuna məruz qalıb.


2 uşaq atası Kökmenin həyatını xilas etmək mümkün olmayıb.


Polis intizamsızlığa yol verdikləri üçün XI sinif şagirdlər İ.P. ilə bir müddət əvvəl məktəbdən uzaqlaşdırılıb, başqa məktəbə köçürülən U.Y və olayda istifadə edilən tüfəngin sahibi olan U.Y.-nin atası B.Y.-ni həbs edib.


Qanlı olayın görüntüsünü təqdim edirik:


Xəbər lenti