DİQQƏT!
Qarpızı soyuducuda saxlayanlar MÜTLƏQ OXUYUN
"Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir".
XəzərXəbər big.az-a
istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM)
Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə
Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu
şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər
mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki,
şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.
"Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı,
qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda
saxlanılmasa, daha yaxşı olar" - deyə. G. Babayeva vurğulayıb.