Xəzər Xəbər

29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar VİDEO

Veb TV | 21:24 • 16 Avqust 2018
29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar

Köməyə gələn 29 yaşlı qardaşını yerə yıxaraq bıçaqladılar. Ürək və qarnından bıçaq xəsarətləri alan həmin şəxs öldü.

Paytaxtın Nizami rayonunda qətl hadisəsi baş verib.Hadisə rayonun Bəhruz Nuriyev küçəsi 81 a ünvanında olub.Belə ki, gecə saatlarında oyun salonundan evə qayıdan Firudin Qəribova bir qrup şəxs sataşıb. Firudin Qəribov isə onlara cavab verəndə həmin şəxslərlə onun arasında dava düşüb.

Hadisə yerinə gələn Firudin Qəribovun qardaşı 29 yaşlı Rauf Qəribov həmin şəxslərə qardaşını niyə vurduqlarını bildirib.Bundan sonra həmin şəxslər onu da yerə yıxaraq əvvəlcə döyüb, sonra bıçaqla ürək və qarın nahiyyəsindən vurublar.

Qətlə yetirilən Rauf Qəribovun atası onun qatillərinin tezliklə tapılmasını istəyir.

Faktla bağlı hazırda Nizami rayon polis idarəsi əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin tutulması istiqamətində işlər aparılır.

Xəbər lenti