Xəzər Xəbər

Bakıda mikroavtobus yük maşınına çırpıldı - Çox sayda yaralı var

Hadisə | 10:00 • 20 İyul 2018
Bakıda mikroavtobus yük maşınına çırpıldı -

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. 


Xezerxeber.az Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər lenti