Xəzər Xəbər

Əmlakı sənədləşdirmək daha da asanlaşdı - VİDEO

Veb TV | 20:05 • 16 İyul 2018
Əmlakı sənədləşdirmək daha da asanlaşdı -

Əmlak Məsələləri Dövlət Komitəsi "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" adlı yeni sosial kampaniyaya başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, tədbir "Vətəndaş xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında" hədəfinə uyğun olaraq keçirilir.

Kampaniya daşınmaz əmlaka dair qeydiyyat xidmətlərini əhaliyə daha da yaxınlaşdırmaqla bu sahədə əlçatanlığı artırır. Məqsəd daha şəffaf şəkildə əmlaklara dair kütləvi sənədləşmənin həyata keçirilməsi, ünvana çatdırılan ictimai xidmətlərdən əhalinin geniş təbəqəsinin yararlanması, o cümlədən leqal və etibarlı əmlakların sayının artırılmasıdır. Vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılması, çevikliyin və operativliyin təmin olunması da əsas vəzifələrdəndir.

Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.

Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti