Xəzər Xəbər

Yoxlama aparıldı - Məmurların evlərindən 200 kq qızıl külçə tapıldı

Dünya | 14:57 • 22 İyun 2018
Yoxlama aparıldı - Məmurların evlərindən 200 kq qızıl külçə tapıldı

Ermənistan Təhlükəsizlik Xidməti ölkənin müxtəlif yerlərində məmurlara məxsus malikanə və saxlanc yerlərində apardıqları əməliyyatlar zamanı 200 kiloqrama qədər qızıl külçə aşkar ediblər.

Modern.az Ermənistanın "Joxovurd” qəzetinə istinadən xəbər verir ki, həmin qızılın 50 kiloqramı həbsdə olan general Manvel Qriqoryana məxsusdur.

"Aşkar olunmuş 200 kiloqram qızılın 50 kiloqramı Manvel Qriqoryana məxsusdur. Ermənistanlı məmurlar qızıl külçələri öz zənginliklərini xalqdan gizlətmək üçün ən etibarlı vasitə sayırdılar”-deyə qəzet yazıb.

Xəbər lenti