Xəzər Xəbər

Bakıda yük maşını avtobusa çırpıldı - qəza anı kamerada - VİDEO

Hadisə | 14:18 • 22 İyun 2018
Bakıda yük maşını avtobusa çırpıldı -
Bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını şirkətimizə məxsus 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.


Yüklə dolu "Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə "Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.


Qəza nəticəsində "Xaliq Faiqoğlu" şirkətinə böyük miqdarda maddi ziyan dəyib. Şirkət artıq bununla bağlı ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. (BAKU.WS)


Xəbər lenti