Xəzər Xəbər

Bacısı qızını xilas etdi, özü suda boğuldu - Astarada faciə - VİDEO

Veb TV | 20:05 • 18 İyun 2018
Bacısı qızını xilas etdi, özü suda boğuldu -

Ailəsi ilə birgə Astaraya istirahət etmək üçün gedən Lənkəran sakini su anbarında boğulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə axşam saatlarında Astara rayonu Kijəbə qəsəbəsində Lovayin su anbarında baş verib. 34 yaşlı Fuad Rəhimov Bakıdan Lənkərana Ramazan bayramı ilə əlaqədar gəlib. O, ailəsi ilə birgə dincəlmək üçün Astaraya gedib. Məlumata görə, Fuad Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə də qohumunu sudan çıxarmaq istəyən zaman baş verib. Qız sağ qalsa da, özünü su anbarına atan Fuad Rəhimov boğulub. Onun meyiti batdığı yerdən çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər lenti