Xəzər Xəbər

Bu halda yaşamaz dedilər İndi hər kəs onu almaq istəyir - VİDEO

Veb TV | 18:23 • 24 May 2018
Bu halda yaşamaz dedilər

Manisanın Sarıhanlı bölgəsində doğuş zamanı baytar tərəfindən çənəsinə ip bağlanaraq çəkilməsi nəticəsində çənəsi qırılan inək sahibinin baxımı ilə 15 ay içində 600 kiloqram çəkiyə çatıb.

Çənəsinin olmaması səbəbi ilə qidalanmada çətinlik çəkəcəyi və bu səbəblə çox yaşamayacağı düşünülən inəyi fermer Süleyman Kiriş öz əlləri ilə bəsləməyə başlayıb. Doğulduğu zaman kəsməyi düşündüyü inəyi indi satmağa qıymır.

Boşluqda sallanan dili ilə çənəsiz inək görənləri heyrətə düşürüb. Süleyman Kiriş 15 ayda 600 kiloqrama çatan inəyi alıcılarının sayının çox olduğunu, amma onu satmağı düşünmədiyini deyib. Belə bir heyvana baxdığı üçün Kənd Təsərrüfatı və Heyvançılıq Nazirliyinin ona mükafat verməsinin lazım olduğunu bildirib.

Xəbər lenti