Azərbaycanda
ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan
təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti
verilir. XəzərXəbər xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik edilir.
Maddənin
18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini
əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur.
Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
Əlavəyə
əsasən isə, dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə
tədris beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını
ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.